Tramp İranla danışıqlarda vasitəçiliyə görə Pakistana təşəkkür edib
Dünya
145
19:10, Bu gün

Tramp İranla danışıqlarda vasitəçiliyə görə Pakistana təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda vasitəçiliyə görə Pakistana təşəkkür edib.

Moderator.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

O, Hörmüz boğazının atəşkəsin sonuna qədər ticarət gəmiləri üçün açılmasına görə Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munirə təşəkkür edib və onları “fantastik insanlar” adlandırıb.

Tramp bu günü bütün dünya üçün möhtəşəm adlandırıb və bu razılaşmanın Livana aid olmadığını, amma Livanı “yenidən möhtəşəm” edəcəyini qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər