Bizi sosial şəbəkələrdən izləyin:
“Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına verib.Səbəb o ola bilər ki, həmin Mədəniyyət Mərkəzi yaxşı fəaliyyət göstərməyib.”
Bu fikirləri Qızıldaş Mədəniyyət Mərkəzində Eliza School tərəfindən fəaliyyət göstərmiş bağça ilə bağlı Moderator.az saytına verdiyi açıqlamada millət vəkili,Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas bildirib.
Onun sözlərinə görə ərazidə bağça binasının olmaması da, bu prosesə təkan verə bilər.
Millət vəkili məsələ ilə bağlı nazirliyin yekun açıqlamasından sonra bu barədə daha ətraflı fikir bildirəcəyini vurğulayıb:
“Bu mənim hadisə ilə bağlı ilkin fikirlərimdir.Əgər bu rəsmi şəkildə aparılıbsa, belə bir halın baş verməsində Mədəniyyət nazirliyində günah görmürəm.Yəqin ki, nazirlik bu barədə geniş açıqlama yayımlayacaq.Məsələ ilə bağlı son fikirlərimi nazirliyin qeyd olunan mövzu ilə bağlı açıqlamasından sonra bildirəcəyəm”.