1344
10 Mar 2026 | 20:35

"Real Madrid"də ciddi itki - FOTO

"Real Madrid"in ulduz futbolçusu Rodriqo sağ ayağının ön çarpaz bağının qopması və diz qığırdağının ciddi zədələnməsi səbəbindən əməliyyat keçirib.

Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi müdaxilə uğurla başa çatıb. Bildirilib ki, istedadlı braziliyalı hücumçu yaxın günlərdə reabilitasiya və bərpa prosesinə başlayacaq.

Qeyd edək ki, Rodriqo İspaniya La Liqasının ötən həftə keçirilən XXVI turu çərçivəsində "Xetafe"yə qarşı baş tutan və komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnən oyunda ağır zədə alıb. Bu səbəbdən futbolçu cari mövsümü vaxtından əvvəl başa vurmağa məcbur qalıb.

Real Madriddə ciddi itki: Braziliyalı futbolçu üçün mövsüm bitdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər