Avropa İttifaqı Putinlə danışıqlarda nümayəndə təyin etməyə tələsmir -  Deutsche Welle
1326
13:53, Bu gün

Avropa İttifaqı Putinlə danışıqlarda nümayəndə təyin etməyə tələsmir -  Deutsche Welle"

 
Brüssel hesab edir ki, ilk növbədə Moskva ilə hansı məsələlərin müzakirə ediləcəyinə aydınlıq gətirilməlidir...
 
Avropa İttifaqı (Aİ)  hələlik Rusiya ilə mümkün sülh danışıqları üçün xüsusi nümayəndə təyin etməyi planlaşdırmır.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Brüssel tələsmək istəmir
 
Mənbələrin sözlərinə görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və birlik daxilində aparıcı ölkələr, xüsusilə Almaniya hesab edir ki, hazırkı mərhələdə konkret danışıqçı müəyyənləşdirmək məqsədəuyğun deyil.
Avropa rəsmilərindən biri bildirib ki, Brüssel əvvəlcə Moskva ilə hansı məsələlərin müzakirə ediləcəyini və ümumi strategiyanın necə olacağını müəyyənləşdirmək istəyir. Yalnız bundan sonra mümkün nümayəndə məsələsinə baxıla bilər.
 
Avropa İttifaqı yeni sanksiyalar hazırlayır
 
Məqalədə qeyd olunur ki, Brüssel hazırda Rusiyaya qarşı təzyiq siyasətini davam etdirməyə üstünlük verir. Avropa İttifaqında hesab edirlər ki, Kremlin danışıqlara real şəkildə yaxınlaşması üçün sanksiya təzyiqi artırılmalıdır. Bu məqsədlə Avropa Komissiyası və Aİ-nin diplomatik xidməti Rusiyaya qarşı 21-ci sanksiya paketini hazırlayır.
Yeni məhdudiyyətlərin əsasən Rusiyanın maliyyə sektorunu və müdafiə sənayesi ilə əməkdaşlıq edən şirkətləri hədəf alacağı gözlənilir. Avropa rəsmiləri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin hələlik real sülh danışıqlarına hazır olduğuna dair siqnal verməyib.
 
Namizədlər arasında Merkel və Draqi də var
 
Son həftələrdə Avropa İttifaqında danışıqlar üçün mümkün namizədləri də fəal şəkildə müzakirə olunub. Potensial namizədlər arasında Almaniyanın keçmiş kansleri Angela Merkel, Finlandiya prezidenti Aleksandr Stubb və İtaliyanın keçmiş baş naziri, Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqinin adları hallandırılır.
 
Bununla yanaşı, Merkel artıq belə danışıqlarda iştirak etmək istəmədiyini açıqlayıb. O hesab edir ki, Avropa İttifaqı müharibənin dayandırılması üçün hələ bütün diplomatik imkanlarından istifadə etməyib.
 
Şröder variantı rədd edildi
 
Rusiya tərəfi isə Aİ-ni keçmiş Almaniya kansleri Gerhard Şröderin namizədliyi üzərində düşünməyə çağırıb. Kremlin yaxın fiqurlarından biri hesab olunan Şröder uzun illərdir Putinlə yaxın münasibətləri ilə tanınır.
 
Lakin həm Almaniya hökuməti, həm də Avropa İttifaqı bu variantı qəti şəkildə rədd edib. Almaniya kansleri Friedrix Mers bildirib ki, Avropanı kimin təmsil edəcəyinə yalnız avropalılar qərar verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər