Koutinyonun yeni komandası məlum olub
İdman
2997
08 Sep 2023 | 20:27

Koutinyonun yeni komandası məlum olub

İngiltərə Premyer Liqa komandalarından olan Aston Villa, "Beşiktaş"ın da heyətinə qatmaq istədiyi braziliyalı cinah oyunçusu Filipp Koutinyonun Qətərin "Əl-Duhail" komandasına icarəyə verildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, Bordo-mavi klubdan verilən açıqlamada "Aston Villa"nın Filippe Koutinyonun mövsümün sonuna qədər "Əl-Duhail"ə icarəyə verildiyini təsdiqlədiyi bildirilib.

"Beşiktaş" da braziliyalı cinah oyunçusunu heyətinə qatmaq istəsə də, müsbət rəy almayıb.

Argentinalı futbol əfsanəsi Hernan Kresponun baş məşqçisi olduğu “Əl-Duhail” ötən mövsüm Qətər Ulduzlar Liqasını çempion kimi başa vurub.

Karyerasında “İnter”, “Vasko da Qama”, “Espanyol”, “Liverpul”, “Barselona”, “Bavariya” və “Aston Villa”da çıxış edən Koutinyo klub səviyyəsində 470 oyun keçirib və 107 qol vurub, 79 məhsuldar ötürmə edib.

68 dəfə Braziliya millisinin formasını geyinən 31 yaşlı cinah oyunçusu 21 qol vurub, 11 məhsuldar ötürmə edib.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər