Patrik Andrade rəsmən “Qarabağ”da - FOTO
1652
15 Jul 2023 | 13:39

Patrik Andrade rəsmən “Qarabağ”da - FOTO

“Qarabağ” klubu daha bir futbolçunun keçidini həll edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı “köhlən atlar”ın rəsmi “Facebook” hesabında məlumat paylaşılıb. 
 
“Qarabağ” Serbiya “Partizan”ında çıxış edən Patrik Andradeni heyətinə qatıb. 
 
Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2020 - 2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.
 
Qeyd edək ki, yay transfer pəncərəsi çərçivəsində “Qarabağ” klubu Hamidu Keyta və Juninyonu transfer edib.

 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər