Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO
Cəmiyyət
183
24 Apr 2026 | 23:40

Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.

Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, 85 nömrəli marşrut xətti üzrə hərəkət edən sürücülərin sözlərinə görə, yolun sol tərəfində qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlayırlar. Bu isə yolun daralmasına və günün istənilən saatında süni sıxlığın yaranmasına səbəb olur.

 

 

Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini "parklanma yeri" kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər