Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Dünya
123
24 Apr 2026 | 23:20

Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Məlumata görə, təklif Qırmızı dənizdə fəaliyyət göstərən "Aspides" əməliyyatı əsasında irəli sürülüb. Bununla belə, fon der Lyayen Avropa gəmilərinin Hörmuz boğazına göndərilməsinin nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.

"Bu gün biz yalnız böhranlara reaksiya verməklə kifayətlənməməliyik. "Aspides" kimi missiyalarımızı sadə müdafiədən genişləndirilmiş hərbi-dəniz əməkdaşlığına doğru inkişaf etdirə bilərik", - deyə o qeyd edib.

Fon der Lyayen, həmçinin regionda raket və pilotsuz uçuş aparatlarının istehsalı üzrə birgə səylərin genişləndirilməsini təklif edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər