Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
Hərb
215
19:47, Bu gün

Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.

Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olubZakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olubZakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olubZakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olubZakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər