“Trendyol” və “PAŞA Holdinq” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib - FOTO
Cəmiyyət
138
20:25, Bu gün

“Trendyol” və “PAŞA Holdinq” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib - FOTO

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol” şirkəti “PAŞA Holdinq” ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəbliləri ilə qeyd edib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabran rayonunun Qazbabalı kəndində yaşayan və qonşu kəndlərdə təhsil alan uşaqlar valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robototexnika üzrə master-klaslarda iştirak edib, uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzində vaxt keçirib, İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar.

Proqramın əsas hissəsini təşkil edən robototexnika master-klasında məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. İnteraktiv sessiyalar zamanı onlar texnologiyanı praktiki şəkildə sınayaraq yeni bacarıqlar əldə edib, təlimçilərin dəstəyi ilə robotlar hazırlayıblar.

Təşəbbüsün məqsədi ucqar kənd və regionlarda yaşayan uşaqların texnologiya, yaradıcılıq və yeni təcrübələrlə tanışlığını dəstəkləmək, onların gələcəyin bacarıqlarına marağını artırmaq və inkişaf imkanlarını genişləndirməkdir.

“Trendyol” “PAŞA Holdinq” ilə birgə regionlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə Gəncə və Mingəçevirdə 4 günlük “AI düşərgəsi”, Xankəndidə isə məktəbli qızlar üçün “İKT-də qızlar” 12-ci Regional Konfransı keçirilib.

Bunlar “Trendyol”un Azərbaycanda inklüziv rəqəmsal mühitin inkişafına verdiyi töhfənin nümunələridir. Şirkət bu istiqamətdə “PAŞA Holdinq” ilə birgə davamlı layihələr həyata keçirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər