Qazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib - FOTO
Hərb
149
14:20, Bu gün

Qazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Qazaxıstan Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərb Oyunları Mərkəzini, Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edərək yaradılmış şəraitlə tanış olub.

Ziyarət zamanı təhsil müəssisələrinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri xatirə kitabına ürək sözlərini yazıb.

Zəfər Muzeyini ziyarət edən qonaqların diqqətinə Vətən müharibəsi zamanı qazanılmış tarixi qələbənin əhəmiyyəti çatdırılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Qazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlibQazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlibQazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər