Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar - FOTO
Hərb
131
15:30, Bu gün

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar - FOTO

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra "Siyasi repressiya qurbanları" muzeyi ziyarət edilib.

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublarHərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər