Turistlərin olduğu avtobus qəzaya uğradı - Çoxlu sayda yaralı var
Dünya
135
14:30, Bu gün

Turistlərin olduğu avtobus qəzaya uğradı - Çoxlu sayda yaralı var

Türkiyənin Antalya əyalətində rusiyalı turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, nəticədə 14 nəfər xəsarət alıb.

Moderator.az-ın REN TV-yə istinadən verdiyi məlumata görə, qəza mayın 23-də Beldibi kurort şəhərində baş verib.

Agentliyin mənbəsi bildirib ki, turistləri daşıyan avtobus maneəyə çırpılıb və nəticədə hamısı Rusiya vətəndaşı olan 14 nəfər xəsarət alıb.

Hadisə nəticəsində ölən olmayıb. Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri orta və yüngül qiymətləndirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər