Nazirdən yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB
Hərb
208
21 Apr 2026 | 22:28

Nazirdən yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB

Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.

Moderator.az-ın məlumatına görə, o, kollegiya iclasında bildirib ki, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.

Nazir onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.

DİN rəhbəri, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər