Bakının mərkəzindəki yanğın söndürüldü – ANBAAN VİDEO
787
15 Apr 2026 | 16:38

Bakının mərkəzindəki yanğın söndürüldü – ANBAAN VİDEO

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.



Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər