Beyləqanda 6 otaqlı ev yanaraq külə döndü
Hadisə
756
09:44, Bu gün

Beyləqanda 6 otaqlı ev yanaraq külə döndü

Beyləqanda fərdi yaşayış evində yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə ötən gecə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb.
 
Kənd sakini Bəhmən Kərimovun mülkiyyətində olan 6 otaqlı evdə başlayan yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər