Polşa prezidenti naziri səfehlikdə ittiham etdi
Dünya
116
20:50, Bu gün

Polşa prezidenti naziri səfehlikdə ittiham etdi

Polşa Prezidenti Karol Navrotski jurnalistlərlə görüşündə baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı səfehlikdə və öz işini yerinə yetirməməkdə ittiham edib.

Moderator.az bu barədə Interia.pl internet portalına istinadən xəbər verir.

Dövlət başçısı müdafiə nazirinin mayın 28-də verdiyi bəyanata bu cür reaksiya verib. Nazir həmin bəyanatında "prezident dəftərxanasının dünyanın göbəyi olmadığını" və hökumətin hazırlanan bütün beynəlxalq müqavilələr barədə prezidenti öncədən məlumatlandırmaq məcburiyyətində olmadığını qeyd etmişdi.

Prezident və hökumət arasındakı münaqişənin növbəti mərhələsinə mayın 27-də Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer tərəfindən imzalanmış müdafiə və təhlükəsizlik haqqında saziş səbəb olub. Navrotski bu sənədin mətni ilə öncədən tanış edilməyib.

"Hökuməti bir daha məlumatlandırıram: əgər mənim nəyisə imzalamağımı istəyirsinizsə, imzalanacaq sənədin məzmunu barədə mənə məlumat verin", - deyə Navrotski bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər