Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var
Hadisə
141
18:30, Bu gün

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub.
 
Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər