Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO
Hadisə
117
18:50, Bu gün

Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO

Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı mağazada 45 fərqli adda son istifadə müddəti bitmiş, ümumi çəkisi 38.822 kq olan müxtəlif əmtəə nişanlı quru qida məhsulları və 46.14 litr müxtəlif əmtəə nişanlı alkoqolsuz içkilər aşkarlanıb. Sözügedən məhsullar satışdan kənarlaşdırılıb, eyni zamanda, istifadə müddəti bitmiş və normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər