Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI
Hadisə
235
11:35, Bu gün

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, 43 yaşlı Rövşən Hüseynov sosial şəbəkədə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən paylaşımlar edib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.
 
R.Hüseynov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, 3-cü qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.
 
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər