Azərbaycanda qadın ərinin məzarı üzərində öldü
Hadisə
169
15:40, Bu gün

Azərbaycanda qadın ərinin məzarı üzərində öldü

Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova həyat yoldaşının vəfatının ildönümü ilə bağlı onun rayonun Yuxarı Öysüzlü kəndindəki məzarını ziyarət etməyə yollanıb.

Bu zaman qadın qəbiristanlıqda yıxılıb, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qadının xəstəxanada öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər