“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Ekskluziv
151
10:13, Bu gün

“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ

“Hal-hazırda televiziyalarımız durğunluq dövrünü yaşayır. Bir çox müğənnilərə efir qadağası var. Amma bu qadağa mənə aid olmalı deyil. Cavan müğənnilərin sənətdə mənim qədər əziyyəti, zəhməti olmayıb. Bizim yaşımıza gəlib çatanda o da olacaq. Mənə əslində heç bir qadağa yoxdur. Dost-tanışdan da soruşmuşam və bilirəm ki, mənə efir qadağası qoyulmayıb. Sadəcə olaraq hələ ki, televiziyalarda bir az “təmizləmə” işləri gedir. Bəzi verilişlər və aparıcılar çıxarılır. Onların hər biri mənim dostumdur. Onların xətrini çox istəyirəm”.

Bunu Moderator.az-a açıqlamasında müğənni və meyxanaçı Samirə Yusifqızı deyib.

O bildirib ki, efirdən uzaqlaşan kimi heç bir aparıcı onunla maraqlanmır:

“İşdən çıxan adamı kim axtarır ki? Heç kim axtarmır. Bu gün hansısa aparıcının verilişi efirdə yoxdursa təbii ki, onu nə axtarırlar, nə də o axtarır. Çünki o halda deyillər. Nəyə axtarsınlar? Zəng edib nə desinlər?! Mən heç ummuram da, küsmürəm də. Hər birinə tezliklə efirlərə qayıtmağı arzulayıram. Bu gün onlar efirdə yoxdurlarsa, sabah yenidən efirdə olacaqlar. Çünki aparıcıdırlar. Bu da keçəcək, sadəcə müəyyən dövr üçündür. O qədər belə hadisələr olub ki.. Vaxt olub ki, bizim bugünki bəzi xalq artistlərimizin efir qadağaları olub. Şükürlər olsun yenidən efirdədirlər. Mən bu sənətə illərimi vermişəm, savad almışam. Mən indiyə qədər bir bayağı oxumamışam. Azərbaycan teleradiosunun və televiziyasının fondunda mənim mahnılarım, konsertlərim qorunub saxlanılır. Bunların hamısı tarixdir. Mən Mobil Babayevin mahnılarını oxumuşam. Soruşun görün indiki gənc nəsil Mobil Babayevi tanıyırmı?! Bizi istəsələr də tarixdən silə bilməzlər. Bu sənətə illərimizi qurban vermişik. Mənim bu sənətdə böyük rolum var. Müğənni kimi oxumağı da qoyuram kənara, amma ölkədə bu gün qadınlar içərisində tək meyxana deyən mənəm. Hər bir şeyi dansalar da, bunu dana bilməzlər. Sözümü deyən adamam. Bu gün məclislərə gedirəm, gəlib mənimlə şəkil çəkdirirlər, xoş sözlər deyirlər. Məni xalq, tamaşaçı sevgisi saxlayır” deyə o bildirib.

Samirə Yusifqızı bildirib ki, bəzi mövzuları məhz jurnalistlər araşdırmalıdır:

“Siz jurnalistlərin də günahı var. Bu məsələni gərək özünüz araşdırasız. Başqa hadisələri tez bar-bar bağırırlar. Samirə xanımın qızı belə danışdı, bu sözü dedi.. Kimlərsə bu mövzuda mənim də adıma ləkə yaxıb qaraladı. Bu düzgün deyil. Samirə xanımın və mənim kimi müğənnilərin yanında olmalısız, dəstəkləməlisiz. Siz onlardan soruşun ki, niyə Samirə xanım efirlərdə yoxdur?! Mən efirdən toy tutmaq üçün verilişlərə getmirdim. Heç vaxt efirdən toy tutmamışam. Yadıma gəlmir ki, sırf buna görə efirə çıxım” deyə müğənni bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər