“Bu sistemin üstünlüklərindən biri vətəndaşlara bir neçə iş yerində işləmək imkanı yaratmasıdır” – deputat
Ekskluziv
332
13:14, Bu gün

“Bu sistemin üstünlüklərindən biri vətəndaşlara bir neçə iş yerində işləmək imkanı yaratmasıdır” – deputat

Əmək bazarında çeviklik və şəffaflığın artırılması müasir iqtisadiyyatların əsas prioritetlərindən biri kimi önə çıxır. Qlobal təcrübə göstərir ki, əmək münasibətlərinin daha səmərəli tənzimlənməsi həm işçi hüquqlarının qorunmasına, həm də biznes mühitinin inkişafına mühüm töhfə verir. Bu baxımdan əməkhaqqının hesablanma mexanizmlərində edilən dəyişikliklər yeni imkanlar yaratmaqla yanaşı, əmək bazarının strukturuna da ciddi təsir göstərir.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid çərçivəsində minimum saatlıq tariflərin müəyyənləşdirilməsi hansı iqtisadi və sosial meyarlar əsasında formalaşdırılacaq və bu modelin tətbiqi qeyri-rəsmi məşğulluğun azalmasına, eləcə də əmək bazarında şəffaflığın artırılmasına real təsir göstərə biləcəkmi?

Moderator.az-ın suallarını Milli Məclisin deputatı Vüqar Bayramov cavablandırdı.

Deputat bildirdi ki, saatlıq əmək sistemi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan bir modeldir:

"Bu sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, vətəndaşlara bir neçə iş yerində işləmək üçün hüquqi imkan yaradır və bu da onların gəlirlərinin artmasına müsbət təsir göstərir. Eyni zamanda, overtime — yəni işdən sonra və ya qeyri-iş günlərində görülən işlər üzrə əlavə ödənişlərin hesablanması daha asan  həyata keçirilir.

Bu yanaşma əmək bazarının leqallaşdırılması istiqamətində aparılan islahatların bir hissəsidir. Nəticə etibarilə bu, şəffaflığın artmasına və əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Bundan əlavə, saatlıq əmək sisteminə keçid əmək müqavilələrinin sayının artmasına da gətirib çıxara bilər.

Çünki vətəndaşlar bir neçə iş yerində rəsmi şəkildə çalışaraq müxtəlif əmək müqavilələri bağlayırlar və bu da ümumi rəsmi məşğulluğun artmasına təsir göstərir. Bu kontekstdə gözlənilir ki, saatlıq iş rejiminin tətbiqi nəticəsində bəzi vətəndaşların maaşlarında artım müşahidə olunacaq, əmək bazarında şəffaflıq daha da güclənəcək və rəsmi əmək müqavilələrinin sayı artacaq".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər