17:20
15°C
Bakı
NATO ABŞ-nin qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarının detallarını anlamaq məqsədilə rəsmi Vaşinqtonla əlaqə saxlayır.
Moderator.az xəbər verir ki, bu barədə alyansın mətbuat katibi Ellison Hart sosial şəbəkələrdə yazıb.
"Biz ABŞ-nin Almaniyadakı qüvvələrin yerləşməsinə düzəlişlər etmək qərarının detallarını anlamaq üçün onlarla işləyirik. Bu düzəliş göstərir ki, Avropa müdafiəyə investisiyaları artırmalı və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməlidir", - o qeyd edib.
E.Hart vurğulayıb ki, Avropa ölkələri bu istiqamətdə irəliləyiş əldə ediblər. Belə ki, 2025-ci ildə Haaqada keçirilən NATO sammitində alyans üzvləri müdafiə xərclərini ildə ÜDM-in 5 %-i səviyyəsinə qədər artırmağa razılaşıblar.