Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılması avropalılar üçün öz müdafiələrini daha da gücləndirməyə stimul olmalıdır.
Moderator.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı gözlənilən idi.
B.Pistorius qeyd edib ki, qismən ixtisar hazırda 40 minə yaxın hərbçinin yerləşdiyi Almaniyada ABŞ-nin hazırkı mövcudluğuna təsir edəcək:
"Biz, avropalılar, öz təhlükəsizliyimiz üçün üzərimizə daha çox məsuliyyət götürməliyik. Almaniya doğru istiqamətdə irəliləyir - silahlı qüvvələrini genişləndirir, müdafiə satınalmalarını sürətləndirir və zəruri infrastrukturu inkişaf etdirir".
Xatırladaq ki, ABŞ Almaniya ərazisindən 5 min hərbi qulluqçusunun çıxarılmasına başlayır.