Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub
1982
17 Nov 2023 | 22:45

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə kənddə ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunub.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın fərdi yaşayış evinə keçməsinə imkan verilmədən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər