Gəncədə inzibati binada yanğın olub
Hadisə
1447
17 Jul 2023 | 10:10

Gəncədə inzibati binada yanğın olub

Gəncədə inzibati binada yanğın olub.

Ləğv edilmiş Kəpəz Rayon İcra Hakimiyyətinin (RİH) binasının 4-cü mərtəbəsində olan otaqlardan birində elektrik şitində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın tez bir zamanda söndürülüb.

İlkin məlumatlara görə, hadisə qısaqapanma səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər