Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı - FOTO
Hadisə
3464
14 Nov 2022 | 15:54

Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.
 
ANAMA-dan verilən məlumata görə, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
 
Nəticədə 485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər