“Müstəqil və bütöv Azərbaycan yaşadıqca, Ulu öndər də ürəklərdə yaşayacaq”
Oxunub: 3951
11 Dec 2022 | 10:38
“Müstəqil və bütöv Azərbaycan yaşadıqca, Ulu öndər də ürəklərdə yaşayacaq”

“Ölkəmizin hər yerində Ulu Öndər Heydər Əliyevin anım günü geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.  Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

 Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun və intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Ulu öndərin rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdur. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərə çarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

 Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımla atmağa qadirdilər.

 

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi.

Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı. Azərbaycan iqtisadiyyatının ən müxtəlif sferalarına xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibnə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi.

 Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müstəqil və bütöv Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

 

Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?