Veysəloğlu Şirkətlər Qrupu Vətən Müharibəsində şəhid olan 12 əməkdaşının ailəsini himayəyə götürüb.
Şirkətlər Qrupunun rəhbərliyinin
aldığı qərara görə, hərbi çağırış dövründə valideyni, övladı və ya həyat
yoldaşı şəhid olmuş əməkdaşlara isə 3000 manat həcmində birdəfəlik müavinət
veriləcək.
Digər qurum və müəssisələrin,
şirkət və təşkilatların da Veysəloğlu Şirkətlər Qrupunun məlum təşəbbüsünə
qoşulması, öz şəhid əməkdaşlarının ailələrinə bu cür dəstək verməsi nə dərəcədə
arzuediləndir?
Moderator.az-a açıqlama
verən millət vəkili Asim Mollazadə bu cür təşəbbüslərin alqışlanan olduğunu
vurğulayıb:
“Bu cür humanitar
addımlar olduqca müsbət və təqdirəlayiqdir. Təbii ki, biz gözləyirik ki, imkanı
olan şirkətlər ya bilavasitə şəhid olmuş əməkdaşlarının ailələrinə dəstək verəcəklər,
ya da “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstərəcəklər. “YAŞAT” Fonduna dəstəyin
verilməsi müharibədə şəhid olan, sağlamlığını itirən vətəndaşlarımıza daha
ciddi köməkliyin göstərilməsi baxımından əhəmiyyətlidir.
Həm şirklətlərimizin, həm
vətəndaşlarımızın, həm də digər qurumların şəhid ailələrinə verdiyi dəstək onu
göstərir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını, eləcə də onların ailələrini
heç vatx unutmayacaq. Azərbaycan xalqının yaddaşında onlar daim yaşayacaq və
bir qəhrəman olaraq hörmətlə yad ediləcək.
Biz şəhid ailələrinə,
onların övladlarına kömək məqsədi ilə atılan hər bir addımı dəstəkləyir və müsbət
hesab edirik”.
Seymur ƏLİYEV