Ukraynanın Truskavets şəhərində Qurban Bayramı qeyd olunub - FOTO
387
15:16, Bu gün

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı qeyd olunub - FOTO

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə geniş xeyriyyə tədbiri təşkil olunub.
 
Moderator.az xəbər verir ki, tədbir UABD-nin gənclər və tələbələrlə iş üzrə bölmə rəhbəri Nəsib Əlicanov və "Alijanov Group" MMC-nin direktoru Fürqan Abdullazadənin təşəbbüsü ilə həyata keçirilib.
 
Bayram münasibətilə Ukraynanın müxtəlif vilayətlərində təhsil alan və yaşayan 150-yə yaxın azərbaycanlı tələbə üçün Qurban Bayramı süfrəsi təşkil olunub. Gənclər və tələbələr bayramı birlikdə qeyd etmək üçün Truskavets şəhərinə toplaşıblar.
Tədbirdə Truskavets şəhərinin meri Andriy Kulçinskiy, Kiyev Nəqliyyat Universitetinin Dənizçilik İnstitutunun direktoru Elena Anatolyevna və Donetsk Dövlət Universitetinin rektoru Denis Sergeyeviç iştirak ediblər.
 
Qurban Bayramı çərçivəsində şəhərdə müvəqqəti və daimi yaşayan azərbaycanlı ailələrə qurban əti də paylanılıb. Xeyriyyə aksiyası bayramın həmrəylik, yardımlaşma və paylaşma dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
 
Tədbirdə çıxış edən Truskavets şəhərinin meri Andriy Kulçinski Ukraynada müxtəlif ölkələrin müsəlman xalqlarının nümayəndələrinin yaşadığını qeyd edərək bildirib:
“Etnik azərbaycanlılar Ukraynanın inkişafı üçün fəaliyyətlərini davam etdirirlər. Xüsusilə müharibə dövründə Azərbaycan icması və azərbaycanlılar humanitar yardımları ilə Ukrayna xalqına böyük dəstək göstərirlər"”
 
Tədbir iştirakçıları Nəsib Əlicanov və Fürqan Abdullazadənin təşəbbüsünü yüksək qiymətləndirərək, kəsilən qurbanların və edilən duaların Allah dərgahında qəbul olunmasını arzulayıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər