Varşavada Visla çayının üzəridəki körpü Azərbaycan bayrağının rənglərinə boyandı - FOTO
304
15:32, Bu gün

Varşavada Visla çayının üzəridəki körpü Azərbaycan bayrağının rənglərinə boyandı - FOTO

Azərbaycanın Müstəqillik Günü münasibətilə Varşava şəhərinin simvollarından biri hesab olunan Şlonsko-Donbrovski körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
 
Moderator.az xəbər verir ki, bu addım Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Varşava meriyasının dəstəyi ilə həyata keçirilib.
 
Qeyd edək ki, Şlonsko-Donbrovski körpüsü Visla çayı üzərində yerləşən və Varşavanın ən mühüm nəqliyyat yollarından biri sayılan tarixi körpülərdəndir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər