Azərbaycanın çimərlik güləşi üzrə millisi Avropa çempionu oldu - FOTO
125
08:10, Bu gün

Azərbaycanın çimərlik güləşi üzrə millisi Avropa çempionu oldu - FOTO

Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi Avropa çempionu olub.
 
Moderator.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycan yığmasının dörd üzvü fəxri kürsüyə qalxıb.
 
Güləşçilərimizdən Elcan Həsənov (60 kq) və Ruslan Vəliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna sahib olublar. Final görüşündə məğlub olan Rəşad Əliyev (70 kq) və Elvin Hacıquliyev (+80 kq) isə gümüş medalla kifayətləniblər.
 
Beləliklə, aktivində 80 xal olan Azərbaycan millisi komanda hesabında Avropa çempionluğunu bayram edib. Gürcüstan yığması da eyni miqdarda xal toplasa da, komandamız medalların əyarına (qızıl sayına) görə qonşu ölkəni qabaqlayaraq turnirin qalibi olub. Ukrayna isə 64 xalla fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər