Tramp Paşinyanı dəstəkləyən paylaşım etdi
Dünya
86
08:59, Bu gün

Tramp Paşinyanı dəstəkləyən paylaşım etdi

ABŞ prezidenti Donald Tramp iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, Tramp Truth Social hesabında Paşinyanı "ölkəsini güclü, çiçəklənən və çox təhlükəsiz edən gözəl dost və lider" adlandırıb: "Nikol Ermənistanda və bütün Cənubi Qafqazda sülh və rifah üçün mənim vizyonumu tam bölüşür".
 
Tramp qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio əvvəllər "hər iki ölkə üçün bir neçə vacib saziş üzrə irəliləyiş əldə etmək" üçün Ermənistana səfər edib. Amerika lideri əlavə edib ki, ABŞ və Ermənistan tezliklə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirməyə başlayacaqlar. Onun fikrincə, bu, "Cənubi Qafqazı dəyişdirəcək" və Amerika enerji şirkətlərinin regionun resurslarına "çıxış əldə etməsinə" kömək edəcək: "Bu baxımdan, mən Nikolun 7 iyun 2026-cı ildə yenidən seçilməsini tam və birmənalı şəkildə dəstəkləyirəm".
 
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Rusiya seçkilər ərəfəsində Paşinyana qarşı bütün rıçaqlarını işə salıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər