Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub.
Nazir həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumatlandırıb.
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.
Həmçinin Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib.
14:57
Qazaxıstanda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
Moderator.az xəbər verir ki, danışıqlar Türküstanda işinə başlayan TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutur.