Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun İnnovativ həllər şöbəsinin müdiri Orxan Əhmədzadə tutduğu vəzifədən azad edilib.
Sədrin digər əmri ilə o, "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri - Baş mühəndisin müavini vəzifəsinə təyin olunub.