Özəl tibb müəssisələri necə lisenziya alır?
130
11:10, Bu gün

Özəl tibb müəssisələri necə lisenziya alır?

“Səhiyyə Nazirliyinin lisenziyalaşdırma prosesində rolu üç əsas istiqamətdə həyata keçirilir. Belə ki, özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin ölkə ərazisində əhaliyə yüksək və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yardım edir, bu sahədə cari fəaliyyəti olan hüquqi və fiziki şəxslərə nəzarət edir, həm də dolayısı ilə respublikamızın iqtisadi inkişafına dəstəyini əsirgəmir”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin baş mütəxəssisi Xəyalə Əliyeva açıqlayıb.

Onun sözlərinə görə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi lisenziya almadan öncə sahibkarlıq subyektlərinin əlavə sərmayə xərcləmədən müəssisədaxili işlərin qaydalara və tələblərə uyğun şəkildə təşkili məqsədi ilə maarifləndirmə işləri aparır.

Nəticə etibarı ilə düzgün yaradılmış tibb müəssisəsində əhaliyə yüksək və keyfiyyətli xidmətin göstərilməsi üçün zəmin yaradır:

“Lisenziya üçün müraciət vaxtı artıq sahibkarlıq subyekti əlavə maliyyə sərfiyyatı etmədən yaratdığı şəraitin qiymətləndirilməsi zamanı müsbət rəy əldə edir. Belə olan halda Səhiyyə Nazirliyinin müsbət rəyi əsasında İqtisadiyyat Nazirliyindən müvafiq qeydiyyat nömrəli lisenziyasını alır. Səhiyyə Nazirliyinin rolunun ikinci istiqaməti lisenziyalı şirkətlərin özəl cari tibb fəaliyyətinə nəzarət etməklə onları məsuliyyətə cəlb etmək, aşkar edilən nöqsanların aradan qaldırılması üzrə maarifləndirmə işləri aparmaqdır. Əks halda qanunvericiliyə tabe olmayan sahibkarlıq subyektləri barəsində sərt nəzarət tədbirləri həyata keçirməklə rəsmi qaydada lisenziyanın məhdudlaşdırılması üzrə öz mövqeyini bildirir”.

Mütəxəssis qeyd edib ki, iqtisadi inkişaf istiqamətində isə ölkə ərazisində hər bir sahibkarlıq subyektinə dəstək olmaqla ölkəmizin maddi rifahının çiçəklənməsini, ən əsası əhaliyə təkcə dövlət sektorunda deyil, özəl tibb müəssisələrində tibbi xidmət seçimini təmin edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər