Azərbaycana təhdidlər var - ekspertlər dəyirmi masada toplaşdı
Gündəm
189
11:20, Bu gün

Azərbaycana təhdidlər var - ekspertlər dəyirmi masada toplaşdı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Prezident İlham Əliyevin Zəngilandakı çıxışında səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masa keçirilir.
 
Moderator.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, yerli ekspert və politoloqlar iştirak edir.
 
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Cənubi Qafqazda sülh bərqərar olub:
 
"Şimalda da, cənubda da müharibələr gedir. Cənubi Qafqazda isə sülh əldə olunub. Bu, Azərbaycanın sayəsində mümkün olub. Ancaq təəssüflər olsun ki, Avropada Azərbaycana qarşı bəzi neqativ fəaliyyətlər görürük".
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli isə deyib ki, Azərbaycan sülh prosesinə sadiqdir:
 
"Ermənistanda parlament seçkilərindən sonra hakimiyyətə revanşist qüvvələr gələrsə, proseslər fərqli istiqamətdə gedə bilər. Azərbaycan isə bütün ssenarilərə hazırdır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər