Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salındı - FOTO
233
07:57, Bu gün

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə-235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə-419 nəfər köçürülüb.
 
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
 
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər