Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabadda zəncirvari qəza olub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
Belə ki, "Mercedes Vito" mikroavtobusunun, VAZ-2109, "Opel" və "QAZel" avtomobillərinin toqquşması ilə baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.