Kaliforniyanın bu şəhərinin meri Çinə işlədiyini etiraf etdi...-FOTO-AĞLASIĞMAZ
Ekskluziv
219
09:39, Bu gün

Kaliforniyanın bu şəhərinin meri Çinə işlədiyini etiraf etdi...-FOTO-AĞLASIĞMAZ

Kaliforniyanın Arkadiya şəhərinin meri Çin agenti işlədiyini etiraf edib. Qanunsuz fəaliyyətinə görə onu 10 ilə qədər həbs cəzası  gözləyir...
 
Kaliforniyanın Arkadiya şəhərinin meri Eylin Vanq Çin xarici agenti olduğunu etiraf etdikdən sonra istefa verib. 
 
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, "New York Post" qəzetinin yazdığına görə, o, Pekinin əmrlərinə əsasən 2020-ci ildən 2022-ci ilə qədər saxta xəbər saytı vasitəsilə Çin təbliğatı ilə məşğul olub.
Vanq o vaxtkı nişanlısı Yaoninq Mayk San ilə birlikdə özünü Çinli Amerikalılar üçün xəbər mənbəyi kimi təqdim edən "US News Center"(ABŞ Xəbər Mərkəzi) veb-saytını yaradıb və idarə edib. Əslində, cütlük Çin hökumətinin birbaşa əmrlərini yerinə yetirir, təbliğat materialları dərc edir və baxış sayının ekran görüntülərini Çinli rəhbərlərinə hesabat verirmiş.
 
Məsələn, Vanqın yazışmalarında "lider" adlandırdığı Çin kəşfiyyatı ona uyğur türklərinin kompakt yaşadığı Sincan əyalətində soyqırımı və məcburi əməyi təkzib edən məqalə dərc etməyi əmr edib.
 
Prokurorların sözlərinə görə, Çin San vasitəsilə Kaliforniyadakı maraqlarını ən yüksək səviyyələrdə inkişaf etdirmək üçün Vanqı "siyasi ulduz"a çevirməyə çalışıb. 
 
Vanq təxminən 30 il əvvəl Çindən ABŞ-a köçüb.
 
San 2026-cı ilin fevral ayında Çin agenti kimi fəaliyyət göstərdiyinə görə dörd il həbs cəzasına məhkum edilib. 
 
Vanqı isə indi 10 ilə qədər həbs cəzası gözləyir.
 
Mediada əvvəllər də bildirildiyi kimi, Çin on illərdir Britaniya hökumətini casusları vasitəsilə izləyib. Əldə edilən məlumatlara hökumət siyasətinin hazırlanması ilə bağlı məxfi sənədlər, özəl yazışmalar və bəzi diplomatik teleqramlar daxil olub.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər