Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub - FOTO
144
11:30, Bu gün

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub - FOTO

Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin "Cümə" məscidinə eyni vəzifəyə təyin ediliblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri müvafiq əmr imzalayıb.
 
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.
 
Qarabağ və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər