Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA
155
09:35, Bu gün

Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Moderator.az xəbər verir ki, mayın 4-dən 10-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Mayın 9-da saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.

Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Biletlərin qiyməti 8-15 manatdır.

Mayın 10-da saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Biletlərin qiyməti: 8-15 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:

Mayın 8-də saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək.

Biletlərin qiyməti: 5-20 manat.

Mayın 9-da saat 19:00-da "Mən gəldim, qızlar...(Müharibə)" adlı tamaşa təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.

Biletlərin qiyməti: 8-10 AZN.

Mayın 10-da saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti: 8-12 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Mayın 7-də saat 19:00-da Oscar Uayldın "Dorian Qreyin portreti" tamaşası olacaq.

Biletlərin qiyməti: 10-50 manat.

Mayın 9-da saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilən "Mən dəyərəm min cavana" tamaşası planlaşdırılıb.

Quruluşçu rejissor Yusif Əkbərovdur.

Biletlərin qiyməti: 8-15 manat.

Mayın 10-da saat 19:00-da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən!.." tamaşası təqdim ediləcək.

Quruluşçu rejissor Cavid İmamverdiyevdir.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Mayın 10-da saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.

Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayında:

Mayın 9-da saat 20:00-da türk pop musiqisinin məşhur ifaçısı Rafet el Romanın konserti reallaşacaq.

Biletlərin qiyməti 45-225 manat arasında dəyişir.

/Oxu.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər