İran və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub
Dünya
133
10:20, Bu gün

İran və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, tərəflər regiondakı son vəziyyəti və regional sabitliyin bərpası istiqamətində həyata keçirilən diplomatik səyləri müzakirə ediblər.
 
S.A.Əraqçi İran və ABŞ arasındakı təmaslarda vasitəçi qismində göstərdiyi konstruktiv rola görə Pakistana təşəkkürünü bildirib.
 
Nazirlər, həmçinin hərbi gərginliyin dayandırılması və bölgədə sülhün bərrar olunması istiqamətində fikir mübadiləsi aparıblar.
 
Link kopyalandı!
Son xəbərlər