Elçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirdi - FOTO
385
08:45, Bu gün

Elçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirdi - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyada bir sıra görüşlər keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi "X" hesabında məlumat yayıb.
 
Qeyd olunub ki, E.Əmirbəyov Britaniya baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə direktor Ed Leuelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kristofer Allan, Parlamentin İcmalar Palatasının sədr müavini Nüsrət Qani, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən və bir sıra parlament üzvləri ilə görüşüb.
 
Həmçinin prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edib, "The Guardian" və "Daily Express" nəşrlərinə müsahibə verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər