Bizi sosial şəbəkələrdən izləyin:
80 illik yubileyini yenicə qeyd etmiş yazıçı Seyran Səxavət haqqında daha ölkənin mediası yazı dərc edib.
Bu haqda Moderator.az saytına yazıçının özü məlumat verib.
Seyran Səxavət bildirib ki, onun "Daş evlər" romanı haqqında Afrikanın ən böyük, inkişafda olan ölkələrindən birinin - Keniyanın dövlət qəzetində məqalə dərc edilib. "Diaspora Times Qlobal" adlanan bu qəzet dörd səhifəsində bu mövzuya yer ayırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ, İtaliya, İspaniya, Belçika media orqanlarında yazıçı Seyran Səxavətin yaradıcılığı, 80 illik yubileyi, əsərləri haqqında geniş məqalələr dərc olunub.
Oxucular arasında böyük maraqla qarşılanmış 7 romanın, çoxlu sayda povest, pyes və hekayələrin müəllifi olan Seyran Səxavətin əsərləri indiyədık dünyada 60 dilə tərcümə və çap edilib.