Razidən ərinin iddialarına CAVAB
1809
09 Nov 2024 | 14:03

Razidən ərinin iddialarına CAVAB

Model Razi Əliyeva həyat yoldşaı Nicat Əliyevin iddialarına cavab verib.
 
Bununla bağlı o, instaqramda açıqlama yayıb. Razi deyib ki, şəxsi həyatının heç vaxt yayımlanmağını istəməyib:
 
“Məşhur olmaq istəməyən insan müsahibə vermir. Mənim ondan ayrılma səbəblərini bilmirsə, niyə bütün yazışmalarımızda üzr istəyir? O yerə çatdırsa, yazışmaları da göstərəcəm, amma o həddə çatırmaq istəmirəm. Kişilik edən axıra kimi edər. Qadının pis günündə dəstək olan, daha sonra manipulyasiyalar etməz və hər zaman başına vurmaz. Onun dediklərinin əksini göstərmək üçün mənim yetərincə sübutlarım var, sadəcə bunu etsəm, gərək çox da yaxşı şeylər haqqında danışmayım. Nə olur olsun uşağımın atasıdır, ondan fərqli olaraq istəmirəm ki, sabah uşaq böyüyəndə bütün bu məsələlərə baxsın. Elə şeylər var ki, onları ictimailəşdirmək olmaz. Pisəm? “Dyavolam”? niyə illərdir sevirsən? Niyə ayrılmaq istəmirsən? Niyə boşanmağa ərizə vermirsən?  Hansı normal qadın hamilə ola-ola ərindən getmək istəyər? “Toksikoz” ilə bir evdən o biri evə köçmək istəyə bilər? Yenidən qınaq səbəbinə çevrilmək istəyə bilər? Məncə, heç biri. Birindən qaç, canını qurtar, digəri xilaskar obrazında gəlib daha sonra məni alçaldaraq hər şeyi hər gün başına vursun. Hamiləlikdən sonra heç yerə getməyəcəyimi fikirləşərək hər gün əsəblərimi pozan, anama hörmətsizlik edən və başqa demək istəmədiyim şeylər edən adamın yanında qalmaq istəmədim. 6 aydan sonra bunları edən daha sonra başqa şeylər də edər. Həyat mənə göstərdi ki insanın iç üzünü görən kimi düzəlməyinə ümid etmək olmaz.
 
 
 
Şəxsi həyatımın heç vaxt yayımlanmağını istəməmişəm inanın, açıqlamalar verməkdən yorulmuşam. Təbii ki, instaqramda həyatımda baş verən bu qədər problemləri, neqativləri sizə görünməyini istəməmişəm. Heç vaxt Aysberqin əks tərəfini görə bilməzsiniz, kim nə yaşayır içində onu tək özü bilir! Əlbəttə mən də burada ağlayaraq postlar paylaşsam, hamınız tərəfimə keçəcəksiniz. Aylardır, səhifəmi normal idarə edə bilmirəm, fotosessiyamı paylaşdıqdan sonra, normal işləməyə reklamlar müqavilələr bağlamağa başlayandan sonra bu haldan qıcıq olub, dərhal məni vurmaq istəyinə şahidsiniz. Məni vurmaq istəynə şahidsiniz və bu da son! Bir daha bu haqqda açıqlama verməyəcəyəm. Dedikləri qədər yaxşı biri olsaydı, bu halımla çıxıb müsahibə verməzdi”.
 
Qeyd edək ki, modelin həyat yoldaşı bu açıqlamaları verib. (olay)
 
Link kopyalandı!
Son xəbərlər