Ekskluziv
1000
13:00, Bu gün

"Bu, vəhşicəsinə eskalasiyadır" - ABŞ-dən "Oreşnik" zərbəsindən sonra Rusiyaya sərt xəbərdarlıq

 
Vaşinqton Rusiyanın Kiyevə son hücumlarını kəskin şəkildə pisləyib, xüsusilə "Oreşnik" hipersəs raketinin tətbiqini təhlükəli və nəzarətdən çıxa biləcək eskalasiya kimi qiymətləndirib...
 
ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya qarşı son kütləvi raket hücumlarını sərt şəkildə pisləyib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq
 
ABŞ-ın BMT-də daimi nümayəndəsinin müavini Temmi Bryus bildirib ki, xüsusilə "Oreşnik" hipersəs ballistik raketinin istifadəsi "izaholunmaz, təhlükəli və vəhşi eskalasiya"dır. Onun sözlərinə görə, hücum nəticəsində mülki şəxslər həlak olub və yaralanıb, yaşayış binaları ilə mədəni obyektlərə ciddi ziyan dəyib.
 
ABŞ rəsmisi Moskvanı Kiyevə qarşı sistematik zərbələri dayandırmağa çağıraraq dərhal və hərtərəfli atəşkəsin vacibliyini vurğulayıb. Temmi Bryus xəbərdarlıq edib ki, əks halda zorakılıq daha da genişlənə və vəziyyət nəzarətdən çıxa bilər. Vaşinqtonun bu açıqlaması son aylarda Rusiya əleyhinə verilən ən sərt mesajlardan biri hesab olunur.
 
"Oreşnik"in istifadəsi və Qərbin reaksiyası
 
Məlumata görə, mayın 24-nə keçən gecə Rusiya ordusu Ukraynaya qarşı növbəti genişmiqyaslı hava hücumu zamanı Kiyev vilayətinin Bila Tserkva şəhərinə "Oreşnik" raketi buraxıb. "Oreşnik" Kremlin son dövrlərdə xüsusi şəkildə reklam etdiyi yeni nəsil hipersəs raketlərindən biri sayılır. Lakin Qərb ekspertləri bu silahın real döyüş effektivliyi ilə bağlı ciddi şübhələrin olduğunu bildirirlər.
 
Britaniyalı hərbi ekspert Hemiş de Bretton-Gordon raketin son istifadəsini "Putinin növbəti alçaldılması" adlandırıb. Onun fikrincə, Kiyev ətrafında yerləşdirilən "Patriot" hava hücumundan müdafiə sistemləri Rusiyanın əvvəllər "məğlubedilməz" kimi təqdim etdiyi müxtəlif raketləri vurmağa nail olub. Analitiklərin qiymətləndirməsinə görə, hazırda Rusiyanın arsenalında bu tipdən cəmi 3-4 raket qalıb.
 
Ukrayna raketin qalıqlarını araşdırdı
 
Ukraynalı müstəntiqlər Belaya  Tserkova düşən "Oreşnik" raketinin qalıqlarını araşdırıblar. İlkin məlumatlara görə, raketin döyüş başlığında partlayıcı maddə olmayıb. Bildirilir ki, raket metal və beton bloklardan ibarət inert imitator başlıqlar daşıyıb.
 
Ukrayna tərəfi qeyd edir ki, Rusiyanın bu silahla əvvəlki hücumlarında da oxşar elementlər aşkar edilib. Ekspertlər hesab edirlər ki, bu cür imitator başlıqlar həm hava hücumundan müdafiə sistemlərini yükləmək, həm də psixoloji təsir yaratmaq məqsədi daşıya bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər