Rusiya dronları bu Avropa ölkəsində yaşayış binasını vurdu...-Yaralılar var...-RƏSMİ -FOTO+VİDEO
Ekskluziv
3217
07:47, Bu gün

Rusiya dronları bu Avropa ölkəsində yaşayış binasını vurdu...-Yaralılar var...-RƏSMİ -FOTO+VİDEO

Mayın 29-u gecəsi Ukrayna sərhədi yaxınlığındakı Rumıniyanın Qalati şəhərində partlayış və yanğın baş verib. Mediada yayılan məlumatlara görə, naməlum pilotsuz təyyarə yaşayış binasına dəyib.

Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "Faytuks Network" media orqanının məlumatında  pilotsuz uçağın Rusiyaya məxsus ola biləcəyi ehtimal edilib.

Bir müddət sonra Rumıniya Müdafiə Nazirliyi PUA-nın Rusiyaya məxsusluğunu təsdiqləyib və təfərrüatları açıqlayıb.

Məlumatda deyilir: "28-29 may gecəsi Rusiya Federasiyası Ukraynada, Rumıniya ilə çay sərhədi yaxınlığında mülki hədəflərə və infrastruktura dron hücumlarını bərpa edib".

O zaman dronlardan biri ölkənin hava məkanına daxil olub. Radarlar onu Qalatsın cənub hissəsinə qədər izləyib. Pilotsuz uçaq oraya çatanda yaşayış binasının damına çırpılıb və yanğın baş verib.

"Hava Polisinin tərkibində döyüş növbətçiliyi aparan iki "F-16" təyyarəsi, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "IAR 330 SOCAT" helikopterinin dəstəyi ilə Feteştdəki 86-cı hava bazasından səhər saat 1:19-da havaya qalxdı. Pilotların bütün xəbərdarlıq müddəti ərzində hədəfləri vurmaq üçün icazəsi olub", - deyə nazirlik izah edib.

Media xəbərlərinə görə, hadisə hakimiyyət orqanlarının "ətraf hava məkanından obyektlərin düşməsi ehtimalı" barədə xəbərdarlıq etməsindən qısa müddət sonra baş verib. Qeyd etmək lazımdır ki, Qalats şəhəri Ukraynanın Odessa vilayətinin yaxınlığında yerləşir və Rusiya PUA-sının hücumu təhlükəsi səbəbindən hava xəbərdarlığı verilib.

"Pro Lider FM" radiosu xəbər verir ki, səhər saat 2:30-a olan məlumata görə, pilotsuz təyyarənin zərbəsi nəticəsində ən azı iki nəfər yaralanıb. Yaralılar hadisə yerində dərhal tibbi yardım alırlar.

S.Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər