Ekskluziv
260
07:17, Bu gün

"Bu gün artıq Ukrayna müharibəsində dönüş nöqtəsi yaşanır..."-Sibiha

Bu gün biz "müharibədə dönüş nöqtəsi"ni yaşayırıq. Ukrayna sadəcə kömək istəmir; o, təhlükəsizlik töhfəsi verən, donor və təcrübəsini müttəfiqləri ilə bölüşməyə hazır olan tərəfdaşdır. 

Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki,  Ukrayna xarici işlər naziri Andrey Sibiha bunu Helsinqborqda keçirilən Ukrayna-NATO Şurasının qeyri-rəsmi iclasında bildirib və "X" şəbəkəsində müvafiq mesaj dərc edib.

"Ukrayna artıq sadəcə ianə istəmir; biz təhlükəsizlik töhfəsi verən, donor və təcrübəmizi müttəfiqlərimizlə bölüşməyə hazır olan tərəfdaşıq.

Müdafiə xərclərinin artması sülhün qarantıdır və mən hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıram. Bu investisiya həyatımızda ən böyük sülh dividendini verəcək", - deyə Ukrayna rəsmisi vurğulayıb.

Sibiha həmçinin qeyd edib ki, "Moskvaya təzyiq artır" və biz indi "müharibədə dönüş nöqtəsi"ni yaşayırıq.

"Ukrayna öz mövqeyini qoruyub saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil... Sülhə nail olmaq üçün üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc. Sülh səylərimizdə yeni bir təkan lazımdır", - deyə xarici işlər naziri qeyd edib.

S.Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər